İran

Bunun üçün Güneydə dövlət qurulmalıdır - Mehmetxanoğlu

5 Aprel 2023 13:31
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney Azərbaycan milli mücadiləsini Türkiyənin və türk dünyasının gündəmində tutmaq lazımdır. Aprelin 29-da İstanbulda keçiriləcək Güney Azərbaycan türklərinin 3-cü Beynəlxalq Forumu xüsusi əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.

O, Brüsseldə keçirilən "Azadlıq, Ədalət" yürüşündən sonra güneylilərin İstanbul forumunda da birlik nümayiş etdirəcəyinə inandığını bildirib:

"Bu forumda hərəkatın güclənməsinə təsir edən mövzular müzakirə olunacaq. İranda başlayan son etirazlar müəyyən təzyiqlərindən sonra müvəqqəti dayanıb. Lakin yaxın günlərdə bu etirazların alovlanacağı gözlənilir. Güney Azərbaycan Milli Hərəkatı son 6-7 ay ərzində daha da püxtələşərək. Növbəti mərhələdə soydaşlarımızın mübarizəsi öz nəticəsini verməlidir. Nəzərə almalıyıq ki, fars-molla rejimindən sonra şahçıların və mücahidlərin hakimiyyətə gəlməsi Güney Azərbaycanın yenidən əsarət altında qalması deməkdir. Bu əsarətdən qurtarmağın tək yolu müstəqil Güney Azərbaycan dövlətini qurmaqdır. Odur ki, Türkiyədə yaşayan və bu işə dəstək verən bizlər mücadiləmizi türk dünyasının diqqətinə çatdırmalı, milli fəallar və təşkilatlar arasındakı birliyi gücləndirməliyik. Bu barədə müzakirə aparmaq, rəy və təklifləri dəyərləndirmək üçün forumda bir araya gəlmək yaxşı nəticələr verə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.