İran

İranda etiraz aksiyalarında yeni şüar: “Dollar bahalaşıb, Xamenei yatıb!”

24 Fevral 2023 14:50
Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın paytaxtı Tehranda və bir sıra şəhərlərdə etiraz aksiyaları yeni şüarlarla davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "RadioFarda" yayıb.

Aksiyada iştirakçılar həmçinin dolların bahalaşmasına etirazlarını nümayiş etdirirlər, onlar "Dollar 50-ni (50 000 tümən nəzərdə tutulur- red.) aşdı, ayətullaha lənət!", "Dollar bahalaşıb, Xamenei yatıb!" kimi şüarlar səsləndiriblər.

Belə ki, Tehranın qərb hissəsindəki rayonlarda hakimiyyətə qarşı keçirilən aksiyalarda "SEPAH-a ölüm!", "Rza Şah, ruhun şad olsun!", "Xameneiyə ölüm, Xomeyniyə lənət!" və digər yeni şüarlar səsləndirməyə başlayıblar.

Məlumata görə, İsfahanda yol boyunca hasarlara "İranlının düşməni İslam Respublikasıdır!" şüarı həkk olunub.

Tehran əyalətinin Narmak şəhərində etirazçılar tərəfindən "Xameneiyə ölüm!", "Yoxsulluq, korrupsiya baha başa gəldi, bizi yıxdı!", - deyə yürüş keçirilib. Bununla yanaşı, əyalətin digər rayonlarında da oxşar şüarlarla etiraz aksiyaları baş tutub.

Paytaxtla yanaşı digər şəhərlərin küçə və prospektlərində rejimə qarş kəskin fikirlər və şüarlar yazılıb.

Eyni zamanda etiraz aksiyalarında rejimin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilən fəalların məzarı başında da aksiyalar keçirilib, İran hakimiyyəti əleyhinə çıxışlar edilib, şüarlar səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.