İran

Milyonçu kitablardan səhifələr oğurladığı üçün həbs edildi - FOTO

17 Fevral 2023 19:00
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fərhad Həkimzadə adlı iranlı milyonçu nadir kitablardan səhifələr oğurladığı üçün həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, "The Guardian" qəzeti yazır:

"İranlı milyonçu Britaniyada iki tarixi kitabxananın çox qiymətli kitablarını parçaladığına və öz kolleksiyasını təkmilləşdirmək üçün onların səhifələrini oğurladığına görə həbs olunub. Mütəxəssislər müəyyən ediblər ki,  Fərhad Həkimzadə istifadə etdiyi 150-yə yaxın kitabı məhv edib. 60 yaşlı Fərhad Həkimzadə Britaniya və Bodleian kitabxanalarında nadir əsərlərdən kəsdiyi səhifələri öz kitablarına əlavə edib. İran fars hökuməti türk və azərbaycanlılara qarşı düşmənçiliyini yalnız ölkə daxilində deyil, sərhədlərdən kənarda da təhrif etməyə cəhd göstərir. Nümunə olaraq, Harvardda təhsil almış iranlı bir irqçinin türklərə qarşı bəşər tarixində ən ağır cinayəti törətdiyini qeyd etmək olar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.