İran

İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

3 Fevral 2023 20:00
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara sosial xidmətlərin göstərilməsi dayandırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran parlamentinin nümayəndəsi, İslam Şurasının Məhkəmə Komissiyasının rəhbəri Musa Qəzənfərabadi məlumat verib.

"Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsinin bloklanmasıyla bağlı plan hazırlanır. Bu planın əsas məqsədi sosial təzyiqləri artırmaq və təsdiq edilmiş geyimlərə riayət etməyənləri sosial xidmətlərdən məhrum etməkdir. Hicab taxmamaqda israrlı olanlar cərimələnəcəklər. Cəriməni ödəməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və daha sonra bank sistemindən istifadə imkanları kimi sosial xidmətlərdən məhrum ediləcəklər", - Qəzənfərabadi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.