İran

Azərbaycanlı gəncin BARMAQLARINI SINDIRDILAR

12 Yanvar 2023 13:22
Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda molla rejimi daha bir güneyli gənci işgəncələrə məruz qoyub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, terrorçular kəlbətinlə azərbaycanlı gəncin barmaqlarını sındırıb.

Artıq 3 aya yaxındır ki, Təbrizdən olan azərbaycanlı gənc Şəhriyar Cəfəri qeyri-müəyyən müddətə həbsdədir və onun ailəsinin müraciətinə hələ də cavab verilməyib.

Şəhriyar Cəfəri Təbriz Polis Qüvvələrinin Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib və həmin idarənin repressiyaçıları tərəfindən dəfələrlə və dözülməz işgəncələrə məruz qalıb. Şəhriyarın üzünə çəkmə ilə zərbələr vurulub, kəlbətinlə onun barmaqları sındırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.