Hicabını yandıran İran: alovda əmmamələr də yanacaqmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qonşu İran neçə gündür ki, "hicab etirazlar"ı ilə çalxalanır. Iri şəhərlərdə keçirilən antihökumət aksiyalarında insanlar molla rejimi əleyhinə sərt şüarlar səsləndirir. Vəziyyət o həddə çatıb ki, İranın daxilində və xaricində hər kəsi bir sual düşündürməyə başlayıb - görəsən Məhsa Amininin məcburi hicab qaydalarını tətbiq edən əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları inqilaba gətirib çıxaracaqmı? Əvəllər də buna bənzər aksiyaların keçirildiyini və səngidiyini nəzərə alsaq, bu versiya istisna edilir. Lakin ölkədə narazılığın atracağı gözləniləndir.
İran dövlətinin dağılması kimə sərf edir?
Beləliklə, minlərlə insan küçəyə çıxaraq molla rejiminin tətbiq etdiyi qaydalara etiraz edir, nifrətini bildirir. Təbii ki, hicab etirazları bir səbəbdir və bu etirazların kökü daha dərinə gedib çıxır. Əsas səbəblər sırasında Qərbin sanksiyaları, sosial vəziyyətin ağırlaşması, bahalıq var ki, bu da insanların səbr kasasını doldurub. Adi bir qığılcım kifayət edir ki, insanlar küməyə çıxsın. Və son hadisələrə də məhz bu prizmadan baxmaq gərəkdir.
Azərbaycandan İrana baxış
Görünən odur ki, tarixi bağlılıq, qonşuluq və s. məsələlər bu ölkəyə diqqətimizi artırıb. Bu da təbiidir. Bəs qonşu dövlətdə baş verənlər ölkəmizdə necə qarşılanır? Rəyi soruşulan hər bir vətəndaşımızdan qonşu dövlətdə baş verənlərlə bağlı mövqe soruşulduqda, emosional şəkildə "İran dağılmalıdır" deyəcək. Və bu mövqe da başadüşüləndir. Azərbaycan xalqı illər uzunudur ki, fars molla rejiminin anti-Azərbaycan, ermənipərəst mövqeyindən bezib. Ermənistan rəsmilərinin etiraf etdiyi kimi "İran bizim üçün nəfəslik rolunu oynayıb" fikri elə-belə deyilmir. Hər bir soydaşımız da bunu gözəl bilir və şahididir. Lakin məsələnin başqa bir tərəfi də var. İranın dağılmasının Azərbaycana faydası nə olacaq? Təbii ki, ziyandan başqa heç nə.
Bütövlükdə isə İranın dağılması heç bir dövlətə sərf etmir. Sabitsizlik və dağınıq İran hətta rejimə qarşı olan Birləşmiş Ştatlara belə sərf etmir. Rusiyadan isə danışmağına dəyməz. Sadəcə İran baş verənlərdən nəticə çıxarmalıdır. Düşünməlidir, görəsən Azərbaycan xalqının böyük əksəriyyətinin gözündən düşməsinin səbəbi nədir? Müsəlman və təriqət yaxınlığını bir kənara qoyaq. Axı tarixi ədalət deyilən bir anlayış var. Sənin qonşuluğunda olan dövlətin torpaqları 30 il işğal altında qalır və sən susursan. Və Azərbaycan tarixi ədaləti bərpa edəndə sən buna etiraz edirsən? Bunun məntiqi izahı varmı?
Ermənistanın puç olan arzusu
Yeri gəlmişkən, baş verənlər Ermənistanda ciddi rezonans doğurub. Ermənistanın "nəfəsliyi" olan qonşusunda yaşananlar ermənilərin ümidlərini puç edib. Bəllidir ki, sentyabr təxribatlarını törətməklə Ermənistan İranın da prosesə cəlb olunmasına çalışırdı. Mütəmadi olaraq İran hərbi qüvvələrinin sərhədə yaxınlaşdığını və İranda Azərbaycan əleyhinə etirazların artdğını tirajlamağa başladılar. Lakin "hicab qalmaqalı"na başı qarışan Tehran erməniəri unudub öz problemlərini həll etməyə başlayıb. Sosial şəbələkələrdə etmənilər hətta etirazları törədən qüvvələrə söyüb təhqir etməkdən də çəkinmirlər. Beləliklə, necə deyərlər ermənilərin növbəti arzusu da puç oldu.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Tehrandan nüvə təhdidi
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
XƏBƏR LENTİ
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)





