İran

İranda çərşənbə faciəsi - 4 nəfər ölüb, 80-dən çox yaralı var

4 Mart 2022 15:48
0 Şərh     Baxış: 1 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda ilaxır çərşənbələrdə baş verən insidentlərdə indiyədək 4 nəfər ölüb , 84 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, İran Təcili Tibbi Yardım mərkəzinin məlumatına görə, ölənlər partlayıcı oyuncaqların partlaması və güclü yanğın nəticəsində həyatlarını itiriblər.

Yaralanan 84 nəfərdən 11 nəfərin vəziyyəti ağırdır.

İran Təcili Tibbi Yardım Mərkəzi valideynlərə uşaqların və yeniyetmələrin partlayıcı oyuncaqlarla davranışı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində ilaxır çərşənbələrdə partlayıcı oyuncaqlar onlarla insanın ölümünə və yaralanmasına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.