Maraqlı

Laboratoriyada kovid testi verərkən virusa yoluxmaq olurmu?

2 Dekabr 2021 23:45
0 Şərh     Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laboratoriyada kovid testi verərkən virusa yoluxmaq olurmu?

İnsanlar virusdan nə qədər qorunsa da ağla gəlməyən yerlərdə virus yükünə məruz qala bilərlər. Çox insanlar elə test verərkən buruna yaxma çöpü salınanda yoluxa biləcəyindən qorxur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər analiz verərkən yoluxmağın mümkünlüyündən danışıb.

Analiz verilən kabinetdə bütün şübhəlilər yaxma verir və bu zaman maska çıxarılır.
Yoluxmaq riskini tamamilə aradan qaldırmaq mümkün deyil.

Amma yoluxmanı sıfıra endirmək mümkündür.

Tibb personal daim əlcəkdə, maskada olur. Analiz verən stulda cəmi bir neçə dəqiqəlik maskasını çıxarır. Saniyələr ərzində havaya virus yüklənə bilməz.

Amma xəstələr ağzı açıq kabinetdə 5-6 dəqiqə danışarsa, ağız suyu ilə ətrafa virus hissəcikləri ayrıla bilər.

Məkan hər 1 saatdan bir antiseptik maddələrlə dezinfeksiya olunmalıdır.

Burundan yaxma analizi verərkən maskanı ancaq çöp buruna salınan an çıxarılmalıdır. Otaqda heç nəyə əl vurmayın.

Ağzı açıq danışmayın. Test verdikdən sonra həmin maskanı atıb burunu, ağızı, əlləri yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.