Dilin orucu necə olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramazan ayı bəndəliyin təmrin ayı olaraq, nəfsi istəklərə qalib gəlmək üçün ən gözəl fürsətlərdən hesab olunur. Bu ayın əməlləri başqa aylardan fərqlənir. İnsan yeməyə və içməyə "yox" deyərək, halallardan imtina edər və bu yolla nəfsi ilə mübarizənin ilk döyüşünə daxil olur. İnsanın batinindən aclıq və susuzluq hissi ona təzyiq göstərir, ancaq insan bu hissini əzərək, nəfsinə qalib gəlir və başqa istəkləri ilə mübarizə aparmaq üçün hazırlıq görür.
İnsan bədənində elə bir kiçik üzv vardır ki, onun xoşbəxt və ya bədbəxt olmağını müəyyən edər. Dil - elə bir kiçik üzvdür ki, insana çoxlu günahlar qazandıra bilir. Nə qədər özü kiçik olsa da, yerinə yetirdiyi günahlar bir o qədər böyükdür. (Erfan)
Allah nurani səma kitabında insanları gözəl sözlər deməyə dəvət edir və buyurur: "Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir)". ("İsra" 53).
"İnsanlarla xoş dillə danışın". ("Bəqərə" 83).
Yersiz sözdən isə çəkindirir və buyurur: "(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik"". ("Qəsəs" 55).
İmam Səccadın (ə) buyurduğu kimi, gözəl danışmaq malı artırar və insanı başqalarının məhbubu edər. Ölümü təxirə salar və onu behiştə salar. Əksinə, yersiz söz bir çox büdrəmələrə səbəb olar, böyük günahlar üçün zəminələr hazırlayar. Nəticədə insan cəhənnəmə yollanar.
İnsanın yersiz sözlərə qulaq asması kəramətinə ziddir. Kərim insan vaxtını yersiz sözlərə qulaq asmağa sərf etməməlidir.
İmam Əli (ə) buyurur: "Çirkin sözləri dilinə gətirməkdən çəkin, çünki bayağı insanları ətrafında toplayar və alicənab insanları səndən uzaqlaşdırar".
Allah Təala behişt əhlini təsvir edən zaman buyurur: "Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər. Salam(un əleyk), səlam(un əleyk)dən başqa!". ("Vaqiə" 25-26).
Hər bir əməlin özündən sonra təsirləri olduğu kimi, gözəl və yersiz sözlər də özündən sonra təsirlər qoyur. Ona görə də insan bu kiçik üzvünü kontrol etməyi bacarmalıdır. Ramazan ayı təkcə yeməkdən və içməkdən çəkinmək deyil, həm də bütün bədən üzvlərinin orucudur. Eləcə də dilin orucudur. Dil orucu odur ki, gözəl sözlər danışsın, yersiz və çirkin sözlərdən özünü qorusun. Necə ki, insan ağzına aldığı tikənin gözəl və ləzzətli olmasına diqqət göstərər, gərək dilinə gətirdiyi hər sözün də gözəl olmasına ən azı bu qədər diqqət göstərsin. Çünki dil - insanı təkamülə çatdıra bilən bədən üzvlərindən biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
XƏBƏR LENTİ
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA





