Qadın niyə xəyanət edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual olmaqla birlikdə, insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olmuşdur.
Son dövrlərdə qadın xəyanətlərinin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.
Xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsada, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir.
Psixoloji ədəbiyyatlarda xəyanətkar insanlar adətən əsasən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər. Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar, yetkin olduqdan sonra xəyanət etməyə daha cox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin, özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir .Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklədə olsa qoruyub saxlamağa və davam etdirməyə çalışırlar.
Qadın xəyanətlərində həm fiziki, həm də emosional səbəblər mühüm rol oynayır. Qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümümi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər.
Ən geniş yayılmış səbəb kimi, qadının intiqam almaq hissləri göstərilir. Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən, intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduqlarını sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, o da xəyanəti davam etdirir.
Digər bir səbəb isə yoldaşı tərəfindən qısqanılmaq və özünə diqqət çəkmək üçün edilən aldatmalardır. Yoldaşı tərəfindən qısqanılmadığını düşünən qadın, yenidən diqqət çəkmək üçün bu vasitəyə əl ata bilir.
Bəzi hallarda isə qadının öz partyorundan yetərli səviyyədə cinsi həzz ala bilməməsi də xəyanət səbəbi kimi özünü göstərir. Yəni yataqda öz partnyoru tərəfindən qane edilməyən qadının, başqa kişilərə üz tutmaq ehtimalı böyükdür.
Qadını xəyanətə sövq edən bir başqa səbəb isə yaşlanma qorxusudur. Yaşlandığını düşünən qadın özünə hələ də cavan, arzulanan, əvvəlki tək istənilən qadın oldugunu sübüt etmək üçün xəyanət edə bilir. Buda əsasən keçid yaş dövrlərində, yəni 30 - 35 - 40 yaş aralıqlarında daha çox özünü göstərir. Bunu etdikdən sonra həmən qadında günahkarlıq və peşmanlıq hisslərinin olması müşahidə olunur çox zaman. Qadın xəyanətlərinin bir səbəbi kimi də qadının yeni macəralar axtarmaq həvəsi göstərilə bilər. Bəzən biz şahidi olub, görürük ki, hər bir istəyi təmin olunan, maddi və mənəvi olaraq sıxıntı yaşamayan qadınlar sadəcə monotonluqdan uzaqlaşmaq və həyatlarına rəng qatmaq üçün xəyanət edirlər. Belə vəziyyətdə olan qadınlar özləri üçün gənc, vaxtını yaxşı keçirdə biləcəyi, macəraçı partnyorlar tapmağa çalışırlar. Bu səbəb xəyanətlərdə üstünlük təşkil etməsə də bu tipdə olan xəyanətlər mövcuddur.
Həyatdan heç bir gözləntisi olmayan, daima mənəvi boşluq içərisində yaşayan, özünü digərlərindən fərqləndirmək istəyən qadınlarda da xəyanət etmək potensialı daha yüksəkdir.
Dünyada ən qarışıq və anlaşılmaz məntiq qadın məntiqi sayılır. Bu səbəbdəndir ki, qadın davranışlarının altında yatan səbəblərin nələr olduğunu qabaqcadan təxmin etmək və anlamaq çox çətindir. Buna görədir ki, psixoanalizin yaradıcısı, məşhur psixoloq Z. Freyd qadınlar haqda belə demişdi: "Mən 30 ildir ki, qadın psixologiyasını araşdırıram, ama hələ də cavablandıra bilmədiyim bir sual var - qadın nə istəyir?" Xəyanətlərin sayını azaltmaq və qarşısını almaq üçün ailə institunu gücləndirmək, eqoist olmayan və özgüvəni yüksək olan nəsillər yetişdirmək lazımdır. Əks halda uşaqlar yarımçıq ailələrdə böyüməyə məcbur qaldıqlarına görə onların xoşbəxt ailə, sevgi, yaxınlıq, bağlılıq kimi emosional hissləri təmin edilməmiş qalacaqdır.
Rövşən Hümbətov, psixoloq
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində 3-cü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü - (Video)
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar





