Maraqlı

Babasil kimdə inkişaf edə bilər?

18 Noyabr 2021 07:31
0 Şərh     Baxış: 1 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Babasil çox yayımış xəstəlikdir. Statistikaya əsasən hər 10 insandan 8-də bu və ya digər formada babasil var.

Sadə dildə desək, bu düz bağırsağın damarlarının genişlənməsidir. Babasil ağrılara, narahatçılığa, qanaxmalara səbəb olur. Babasil düyünləri yırtıla və irinləyə bilər.

 

Bir çox hallarda xəstələr öz xəstəliyindən utanır və həkimə vaxtında müraciət etmir. Bu çox yanlış yanaşmadır. Bu qiymətli vaxtın itirilməsinə və xəstəliyin ağırlaşmasına gətirib çıxardır. Nəticədə xəstə yenə də həkimin "əlinə düşür". Lakin xəstəliyin müalicəsi artıq daha çox vaxt, dözüm, vəsait və s. tələb edir.

Həkimlər xəstəliyin əsas səbəbini irsiyyətdə görürlər. Damar divarlarlarının və birləşdirici toxumaların zəifliyi irslə ötürülür. Bu xüsusiyyətlər isə insanda babasilin inkişafı üçün şərait yaradır. Bu səbəbdən yaxın qohumlarınız arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, diqqətli olun.

Bəzi amillər bu xəstəliyin inkişafına təkan verir. Hər bir insan bu amilləri bilməlidir. Xüsusilə bu babasilə irsi meyilli olan insan üçün vacibdir.

Bu amillər arasında:

- Ağır əşyaların qaldırılması və daşınması (fəhlələr, bəzi idman növləri ilə məşğul olan idmançılar və s.). Bu zaman kiçik çanaqda təzyiq qalxır ki, damarlar gərginləşir. Bu hal tez-tez baş verirsə damarlar tab gətirməyə bilər ki, nəticədə babasil inkişaf edəcək.

- Uzun müddət ərzində ayaq üstə qalmaqla və ya oturmaqla bağlı olan iş (müəllim, bərbər, sürücü, mühasib, kassir, kompüterdə işləyən ofis işçiləri, dizaynerlər və s.). Bu insanlarda bədənin aşağı hissəsinə (o cümlədən, düz bağırsağa) olan təzyiq artır ki, nəticədə damarlarda genişlənmə inkişaf edə bilər.

- Xroniki qəbizlik. Xroniki qəbizlikdən əziyyət çəkənlərdə nəcis kütləsi yoğun bağırsaqda yığılaraq onun divarlarına təzyiq edir, burada qan dövranı pozulur. Həmçinin belə insanlar defekasiya zamanı gücənməli olur ki, bu da damarlara olan təzyiqi artırır. Nəticədə damarlar zəifləyir, genişlənir və babasil inkişaf edir.

- Xroniki ishal. Düz bağırsağın xroniki iltihabı və qıcıqlanması da babasilin inkişafına səbəb ola bilər.

- Unitazda uzun müddət ərzində oturmaq vərdişi. Bəzi defekasiya ilə heç bir problemi olmayan insanlar unitazda lazım olandan artıq oturur. Bu çox pis vərdişdir. Belə vəziyyətdə olan insanın düz bağırsağı gərginləşir ki, bunun nəticəsində babasil inkişaf edə bilər.

- Kiçik çanaqda iltihabların və şişlərin olması (qadınlarda fibromalar, kişilərdə prostat vəzi xəstəlikləri, düz bağırsağın şişləri və s.) babasilin inkişafına təkan verə bilər.

- Spirtli içkilərin və çox istiotlu, ədviyyatlı qidaların həddindən artıq miqdarda qəbulu damarların genişlənməsinə, burada durğunluq proseslərin yaranmasına səbəb olur. Bu isə babasilin inkişafına gətirib çıxarda bilər.

- Hamiləlik və doğuş da babasilin risk faktoru sayılır. Riski azaltmaq üçün qadın hamiləlik zamanı daim həkimin nəzarətində olmalı, doğuş zamanı isə mama-ginekoloqun bütün tövsiyələrinə əməl etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.