Maraqlı

Gözlərə zərər vermədən smartfondan “asılı qalmağın” optimal vaxtı açıqlandı

4 Noyabr 2021 11:48
0 Şərh     Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadcetdən istifadə edərkən görmə qabiliyyətinə mənfi təsir göstərməyəcək optimal vaxt gündə ən çoxu 6 saatdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada tibb elmləri namizədi, həkim oftalmoloq Serqey Xomyakov bildirib.

Onun sözlərinə görə, hər 20 dəqiqədən bir gözlərə dinclik verilməlidir.

Mütəxəssis həmçinin bildirib ki, cihaz nə qədər yeni olsa, o qədər təhlükəsizdir.

"Bu gün demək olar ki, hər bir insan gününü əlinə smartfon götürməklə başlayır, bütün günü onunla təmasda olur. Bundan əlavə kompüterdə işləmək, planşetdən oxumaq və s. də olur. Ancaq qadcetlərin ekranı nə qədər müasirdirsə, görmə üçün o qədər təhlükəsizdir", - deyə o, bildirib.

Xomyakov narahatlıq yarada bilən xüsusiyyətlərdən birinin çox böyük ekran olmasını göstərib. Onun fikrincə, ən yaxşısı diaqonalı 5-20 düym arasında olan qadcetlərlə işləməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.