Maraqlı

Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

2 Noyabr 2021 11:24
0 Şərh     Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə milli komandasının və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Dəmirəlin həyat yoldaşı Zeynəb Dəmirəl onu sosial şəbəkələrdə tənqid edən şəxslərə sərt cavab verib.

Qeyd edək ki, Zeynəb Dəmirəl Hellouin bayramı münasibəti ilə üzünə müxtəlif boyalar çəkib, xüsusi kostyumlar geyinib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zeynəb öz "Instagram" səhifəsində onu tənqid edən sosial şəbəkə istifadəçilərinə "Dininizin aradan getməsinə bu qədər narahat olmaqdansa, öz iqtisadi vəziyyətinizdən narahat olun" cümləsi ilə cavab verib.

Tanınmış qapıçının xanımı həmçinin əlavə edib ki, Hellouin bayramı onun üçün mədəniyyət məsələsidir və o, bu bayrama bir əyləncə vasitəsi kimi baxır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory