Maraqlı

Bill Qeyts 66 yaşını niyə məhz Türkiyədə qeyd etdi?.. - FOTOlar

1 Noyabr 2021 11:54
1 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft"un qurucusu Bill Qeyts 66 yaşını Türkiyədə milyarder dostu, "Amazon"un qurucusu Ceff Bezosla  birlikdə qeyd edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. 

Nəşrin yazdığına görə, Bezos Qeytsin Aralıq dənizi sahilində özəl gecəsinə dəvət olunan 50 qonaqdan biri olub.

Bir vaxtlar dünyanın ən varlı adamı olan Qeyts indi 124 milyard dollar gəlirlə dördüncü ən varlı adamıdır.

Şənlikdən sonra 177 milyard dolları olan və "Forbes"-ə görə dünyanın ikinci ən varlı adamı sayılan Bezos vertolyotla Gökobadakı "Flying Fox" yaxtasına qayıdıb.

Dörd saat davam edən tədbir intim, tənha şəraitdə keçirilib. Şənliyi müşayiət edən bütün əməkdaşlara telefonlarından istifadə etmək qadağan olunub...

Xatırladaq ki, multimilyarder Bill Qeyts hələ oktyabrın 22-i səhər saatlarında Türkiyənin Quşadası körfəzi sahillərindəki yaxtada görünüb. 

Bundan öncə -  iyulun sonlarında isə "Microsoft"  yaradıcısı  lüks yaxtası ilə Bodrumda görüntülənib. Daha sonra Qeyts və dostları bahalı restoranların birində nahar edib. O, nahardan sonra restorana artıqlaması ilə - 80 min lirə (16 min manat) hesab ödəyib.

İndi dünyada çoxlarını bu sual düşündürür: Bill Qeyts niyə 66 yaşını planetin başqa gözəl məkanında yox, məhz Türkiyədə qeyd etdi?..
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.