Maraqlı

Acun Ilıcalı “Hull City”yə görə nə qədər ödəyəcək?

1 Noyabr 2021 10:12
0 Şərh     Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Hull City" futbol klubu təhvil-təslim işlərinin getdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, açıqlamada klubun yeni sahibinin adı bildirilməsə də, yerli KİV bunun türkiyəli şoumen Acun Ilıcalı olduğunu bildirib.

Onun futbol klubuna görə 35.4 milyon avro ödədiyi qeyd olunub. "Championship"də mübarizə aparan klubun bu mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanması halında Acunun daha 20 milyon ödəyəcəyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.