Maraqlı

Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır - Kardioloq

5 Oktyabr 2021 21:25
0 Şərh     Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya - yüksək təzyiq xəstəliyi qazanmaq olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim kardioloq uzun müddət veteranlar və təqaüdçülər üzərində apardığı müşahidələrə əsasən təzyiq xəstələrinin illərlə nə yediyini araşdırıb.

Həkim bildirib ki, qidasında ucuz sosis, kolbasa, pelmeni, mantı, xəmir yeməkləri, perojki, duzlu qidalar, yarımfabrikatlar, bulka, şirniyyat olan insanlar təzyiq və diabet xəstəliyi qazanır. Onların qarın, bel hissəsində daxili piylənmə olur.
Balıq, dəniz məhsulları yeyənlər, gündəlik yarım pors ət və bir pay tərəvəzli qidalar yeyənlər daha gec təzyiqlə üzləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.