Feysbukun fəaliyyətinin dayanması nəticəsində dünya daha sağlam məkana çevriləcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Eduard Snouden deyib.
"Feysbuk və İnstaqram sirli şəkildə söndürülür və bir gün dünya daha sağlam yerə çevrilir", - deyə Snouden bildirib.
Qeyd edək ki, Feysbuk, Vatsap, İnstaqram sosial şəbəkələri fəaliyyətində ötən gün ciddi problemlər yaranmışdı.
Milli.Az