Snouden: Feysbuk çöksə, dünya gözəl olacaq!

5 Oktyabr 2021 09:24

Feysbukun fəaliyyətinin dayanması nəticəsində dünya daha sağlam məkana çevriləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Eduard Snouden deyib.

"Feysbuk və İnstaqram sirli şəkildə söndürülür və bir gün dünya daha sağlam yerə çevrilir", - deyə Snouden bildirib.

Qeyd edək ki, Feysbuk, Vatsap, İnstaqram sosial şəbəkələri fəaliyyətində ötən gün ciddi problemlər yaranmışdı.

Milli.Az