Maraqlı

Oyun asılılığı olan azyaşlıları şikayət etmək olacaq

5 Oktyabr 2021 10:54
0 Şərh     Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Mətbuat və Nəşr işləri üzrə dövlət idarəsi azyaşlıların oyun asılılığının qarşısını almaq üçün ümummilli kampaniya çərçivəsində xüsusi şikayət saytı açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sayt, ilk növbədə, yetkinlik yaşına çatmayan istifadəçilərlə bağlı qaydaların pozulması barədə ictimaiyyət üzvlərinin səlahiyyətli orqanlara məlumat verməsini təmin etmək üçün yaradılıb.

Saytın ana səhifəsində şikayətlər üçün üç əsas düymə var; burada provayderin yetkinlik yaşına çatmamış istifadəçilərə öz adları ilə daxil olmamasına icazə verdiyi, səlahiyyətlilərin təyin etdiyi müddətdən daha uzun müddət sistemdə qalmalarına imkan yaratdığı və həddindən artıq ödəniş tələb etdiyini bildirmək olacaq.

Xatırladaq ki, avqustun sonunda qurum sentyabrın 1-dən etibarən uşaqların fiziki və zehni sağlamlığını qorumaq məqsədi ilə, yetkinlik yaşına çatmayan istifadəçilərin onlayn oyunlara girişinin həftədə üç saatla məhdudlaşdırılacağını bildirən məlumat dərc etdi. Həmçinin provayderlərin sistemə həqiqi adla qeydiyyatdan keçməyə və ya daxil olmağa çalışan istifadəçilərə xidmət göstərmək qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.