Maraqlı

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

2 Oktyabr 2021 09:48
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mars planetini araşdıran kosmik gəmilər arasında məlumatın ötürülməsi kəsilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda deyilir ki, əlaqə itdiyi üçün "Perseverance" kosmik aparatına yeni təlimat göndərilməyəcək.

"Sentyabrdan 28-dən oktyabrın 17-dək olan dövrdə Marsın Günəşlə yaxınlaşması səbəbindən NASA öz roverlərindən məlumat ala bilməyəcək.

Qeyd edilir ki, günəş küləyi Mars ionosferi ilə birbaşa əlaqədə olur və bu xarici təbəqədən atomları qopararaq atmosfer sıxlığını azaldır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.