Maraqlı

Bu şəhərdə bütün dövlət məktəbləri bağlandı

1 Oktyabr 2021 09:28
0 Şərh     Baxış: 1 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Nyu-Cersi ştatının Vaynlənd şəhərində bütün dövlət məktəblərində kütləvi atışma təhlükəsi ilə bağlı məlumatlara görə bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, distant dərslərin də keçirilmədiyi qeyd olunur. Vaynlənd məktəblərindən birində baş verə biləcək hücumla bağlı sosial mediada xəbərlər yayılıb. Şəhər rəhbərliyi həddindən artıq ehtiyatlılıq səbəbindən bu addımın atılması lazım olduğunu bildirib.

Eyni zamanda, atışmanın şəhərin hansı məktəbində baş verə biləcəyi məlum deyil. Vaynlənd Polis İdarəsi bu təhdidi araşdırır. Şəhər rəsmiləri bütün tələbə və müəllimləri 30 sentyabrda evdə qalmağa çağırıb. Eyni zamanda dərslərin cümə günü davam edib-etməyəcəyi hələ bilinmir.

Qeyd edək ki, sentyabrın 20-də ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində atışma baş verib. 15 yaşlı məktəbli iki nəfəri yaralayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.