Maraqlı

Vulkandan zərər görən İspaniya daha bir fəlakətin astanasında - VİDEO

30 Sentyabr 2021 13:06
0 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Palma adasındakı vulkandan çıxan lava çərşənbə günü gecə Atlantik Okeanına çatıb. Bu, çox təhlükəli haldır. Belə ki, lava dəniz suyu ilə təmasda olduqda qara və ağ rəngli zəhərli buludlar əmələ gəlir. Buxar ölümcül ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vulkanın aktivliyi və lavaların hərəkəti gözlənilməzdir, bəzən sürətlənir, bəzən isə yavaşlayır. Çərşənbə axşamı günortadan sonra da elm adamları lavanın dənizə çatıb-çatmayacağına əmin deyildilər.

Xatırladaq ki, sentyabrın 19-da başlayan püskürmə nəticəsində təxminən 600 bina məhv olub, 6 mindən çox insan təxliyyə edilib. Ölən və ya ciddi xəsarət alanlar haqqında bu günə qədər heç bir məlumat verilməyib.

Kanar Adaları Vulkanologiya İnstitutu püskürmənin üç ay davam edə biləcəyini düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.