Maraqlı

Dünyanın ən ucuz elektromobili: Cəmi 100 dollara

22 Sentyabr 2021 15:24
1 Şərh     Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin onlayn ticarət platforması olan "Alibaba"da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.

Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.

Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.

Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.