Maraqlı

Uzun müddətli xroniki qastritin müalicəsi varmı?

9 Sentyabr 2021 23:25
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddət davam edən xroniki qastrit və qastritə səbəb olan müxtəlif faktorlar nəticəsində mədə selikli qişası davamlı iltihabi prosesəməruz qalır və mədə selikli qişasında dəyişikliklər baş verir.

İntestinal metaplaziya xərçəngönü vəziyyət hesab olunur və mədə xərçəngi riskini 6 dəfə artırır. Bu dəyişikliklər nəticəsində mədə selikli qişa hüceyrələri bağırsaq selikli qişa hüceyrələrinə bənzəyir.

Əvvəl mədə selikli qişa hüceyrələri nazik bağırsaq hüceyrələrinə çevrilir, vaxtında müalicə olunmazsa yoğun bağırsaq hüceyrələrinə çevrilir. Buna intestinal metaplaziya deyilir. İntestinal meta plaziya xərçəngönü vəziyyət hesab olunur və mədə xərçəngi riskini 6 dəfə artırır. İntestinal metaplaziya riski Hp (Helicobacter pylori) infeksiyası olani nsanlarda, I dərəcəli qohumlarında (ana,ata,bacı,qardaş) mədə xərçəngi olan insanlarda, siqaret çəkənlərdə,yaşla bağlı olaraq da artır. İntestinal metaplaziyanın klassik təbabətdə geri dönüşü yoxdur.

Klassik tibbdə müntəzəm olaraq endoskopik müayinə aparmaq və mədə xərçənginə çevrilmə varsa, cərrahi müdaxilə məsləhət görülür.

- Mədə xərçənginə çevrilmə riski aşağıdakı hallarda daha çox rast gəlir:
- İntestinal metaplaziya 20 % - dən çox sahəni tutarsa
- İnkomplettip (yoğun bağırsaq tipi)
- 1 dərəcəli qohumlarında mədə xərçəngi olmuş insanlarda intestinal metaplaziya varsa

- Siqaret çəkən xəstədə intestinal metaplaziya varsa.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory