Maraqlı

"Instagram"dan sərt QADAĞA

31 Avqust 2021 13:38
0 Şərh     Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Instagram" sosial şəbəkəsinin istifadəçiləri doğum tarixlərini göstərmələrini tələb edən mesajlar alacaqlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Instagram"ın sahibi olan "Facebook" şirkətinin açıqlamasında deyilir. 

Qeyd olunur ki, şirkət gələcəkdə doğum günü göstərilmədən "Instagram"dan istifadəni qadağan edəcək və süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. "Instagram"ın nümayəndələri bildirib ki, sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və uşaqları qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.

"Bildirişi bir neçə dəfə göndərəcəyik. Əgər müəyyən bir vaxtda doğum gününüzü qeyd etməsəniz, "Instagram"dan istifadə etmək üçün bunu etməli olacaqsınız", - "Facebook"un məlumatında bildirilib.

Xatırladaq ki, hazırda "Instagram"da təhlükəsizlik səbəbindən 16 yaşdan kiçik olan istifadəçilərin yeni hesabları avtomatik olaraq bağlanır. Bundan başqa, sosial şəbəkə böyüklərin 18 yaşınadək istifadəçilərə şəxsi mesaj göndərmələrinə icazə vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.