Maraqlı

Dünyanın ən “bahalı” tennisçilərinin adları açıqlandı

31 Avqust 2021 11:44
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanan tennisçilərin adlarını açıqlayıb.

Siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq tennisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, reytinqdə ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub. Onların gəlirlərinin, müvafiq olaraq 55 və 40 milyon dollarını kortxarici qazanc təşkil edib.

Həmçinin ilk "beşliy"ə Novak Cokoviç (38 milyon dollar) və Rafael Nadal (27 milyon dollar) daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.