Maraqlı

Pandemiya bu tarixdə bitəcək - Baydenin müşaviri açıqladı

26 Avqust 2021 22:35
0 Şərh     Baxış: 2 225
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidentdi Co Baydenin baş tibb müşaviri, eləcə də Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi koronavirus pandemiyası ilə bağlı proqnozlar verib.

"Haber Global"ın məlumatına görə, həkim önümüzdəki aylarda vəziyyətin daha da pisləşəcəyini bildirib.
Fauçi Vaşinqtonda təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı pandemiyanın bitməsini insanların davranışlarından, xüsusən də peyvənd olunma istəyindən asılı olduğunu qeyd edib. Onun sözlərinə görə, əgər dünya əhalisi kütləvi şəkildə vaksinasiyadan keçirilsə 2022-ci ilin yaz aylarında pandemiyanın başa çatmasından danışmaq, tədricən normal həyat şərtlərinə qayıtmaq mümkün olar.

Həmçinin, prezident müşaviri ölkəsində hələ 90 milyon nəfərin peyvənd olunmadığını diqqətə çatdırıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.