Maraqlı

Bu ölkə üçüncü dozaya ehtiyac olduğunu bəyan etdi

21 Avqust 2021 09:42
0 Şərh     Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə yaşı 40-dan yuxarı olan sakinlərə və təhsil işçisinə koronavirusa qarşı peyvəndin üçüncü dozası vurulur.

Milli.Az qərb mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi üçüncü dozaya ehtiyac olduğunu bəyan edib.

Mütəxəssislər hesab edirlər ki, üçüncü doza bu virusun çox sürətlə yoluxan "delta" variantına qarşı immun sistemini daha da gücləndirəcək.

Onların sözlərinə görə, koronavirusun üçüncü dozası yalnız yaşı 40-dan yuxarı olan insanlar üçün deyil, həm də xroniki xəstəlikləri olan, xüsusən ürək, ağciyər və ya diabet problemi olanlar üçün də lazımdır.

Qeyd edək ki, İsraildə yeniyetmələrə də koronavirusa qarşı peyvənd vurulub.

Məlumata görə, 9,3 milyon əhalisi olan bu ölkədə artıq 1 milyondan çox adam 3-cü doza peyvənd vurulub və mütəxəssislərin dediyinə görə, bu, koronavirusa qarşı müdafiəni 86 faizədək artırır.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.