Maraqlı

Samsung smartfonlarındakı reklamları aradan qaldıracaq

24 Avqust 2021 21:15
0 Şərh     Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samsung şirkəti öz smartfonlarına öncədən quraşdırılmış standart sistem tətbiqlərindəki qıcıqlandırıcı reklam elanlarını aradan qaldırmağa qərar verib. Bir qayda olaraq demək olar bütün Android smartfon istehsalçıları öz proqram təminatlarına qıcıqlandırıcı reklam elanlarını inteqrasiya edirlər. Samsung da istisna hal deyil. Lakin verilmiş məlumata əsasən Samsung-un mobil şöbəsinin rəhbəri və prezidenti olan TM Roh şirkət daxilində keçirilmiş görüşlərdən birində qeyd edib ki, Samsung öz smartfonlarında öncədən quraşdırılmış sistem tətbiqləri daxilindəki reklam elanlarından imtina edir. "Biz, Weather, Samsung Pay, Samsung Themes və s. kimi standart sistem tətbiqlərindən reklam elanlarını aradan qaldırmaq qərarını verdik" - deyə TM Roh qeyd edib.

Reklam elanları One UI istifadəçi interfeysinin yenilənmsi ilə aradan qaldırılacaq. Lakin təəssüflər olsun ki, bu prosesin nə zaman baş verəcəyi barəsində məlumat verilməyib. Buna görə də reklam elanlarının aradan qaldırılmasının yaxın zamanda olacaq One UI yenilənməsində reallaşdırılıb-reallaşdırılmayacağı sual altındadır. Qeyd etmək lazımdır ki, artıq bir neçə ildir ki, Xiaomi şirkəti də öz smartfonlarında bu praktikanı təcrübədən keçirdir. Xiaomi istifadəçiləri dəfələrlə bu vəziyyətdən şikayətçi olsalar da görünür, şirkət öz smartfonlarındakı reklam elanlarından imtina etmək niyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.