Maraqlı

Azan deyən ilk müsəlman - Bilal Həbəşi

22 Avqust 2021 22:55
2 Şərh     Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bilal ibni Riyah Həbəşi, Həbəşistan diyarından qaradərili qul idi. Onu satın alıb Məkkəyə gətirmişdilər. Həzrət Peyğəmbərin (s) zühurundan sonra İslam dinini qəbul edir, Peyğəmbərin (s) yaxın səhabəsi hesab edilir.

Üməyyə, Bilalın sahibi idi və Peyğəmbərin (s) ən qatı düşməni idi. Günlərlə Bilalı qaynar daşların üzərinə uzandırıb, üzərinə ağır daş qoyurdu. Ona əmr edirdi ki, Peyğəmbər (s) dinindən əl çəksin. Bilal onun əmrindən boyun qaçırdır və İslam dinindən əl çəkmir.

Bilal aylarla əziyyətdən və işgəncədən sonra Peyğəmbərin (s) göstərişi ilə satın alınır və azad edilir. O, azad ediləndən sonra müsəlmanlara qoşulur.

Müsəlmanlar Mədinəyə hicrət edəndə onlara qoşulur. O, Peyğəmbərin (s) bütün döyüşlərində: Bədr, Ühüd, Xəndək iştirak edir. Müsəlmanlarla çiyin-çiyinə müşrik ordusu ilə vuruşur. Döyüşdə Üməyyəni görür və Bilalın işarəsi ilə müsəlmanlar onu məhv edirlər.

Bilal Mədinədə azan deyən ilk müsəlman olmuşdur. O, Peyğəmbərin (s) göstərişi ilə azan deyən təyin edilir və bundan sonra onun şöhrəti daha da artır. Bial Məkkənin fəthi günü Kəbə evinin yuxarısına çıxır və azan oxuyur.

Həzrət Peyğəmbərin (s) vəfatından sonra Bilal xəlifənin etiraz etdiyi üçün bir daha azan demir. Ancaq iki dəfə deyir: biri xanım Fatimeyi-Zəhranın (s.ə) xahişi ilə və bir də İmam Hüseynin (ə) xahişi ilə. Hər iki dəfə də onun azan səsi Mədinəni titrədir. İnsanları ağlamağa məcbur edir.

Bilal beyət etmədiyi üçün zorla Dəməşqə sürgün edilir. Elə orada 18-ci hicri ilində 60-70 yaşında vəfat edir. Onu Dəməşqdə basdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.