Maraqlı

Uşaqların geyiminin psixikaya təsiri

21 Avqust 2021 08:41
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəyimiz olan uşaqlar elə kiçik yaşlarından xarici görünüşlərini formalaşdırmalıdırlar. Bəzən uşaqlarımız üçün çətinliklə seçdiyimiz, bəzən isə heç almaq istəmədiyimiz geyim onların bütün zövqünü formalaşdırar. Geyim tək dəb göstəricisi və zövqün nümayişi deyil, o, həm də bədəni xarici təsirlərdən qoruyur və estetik görünüş yaradır. Şəxsiyyət formalaşmağa başladıqca isə istənilən uşaqda kütlədən ayrılmaq, seçilmək istəyi yaranır. Nə olsun ki, uşaqdırlar. Onlar da geyimlərini, tərzlərini özləri seçmək və qeyri-adi görünmək istəyirlər.

Valideynlər rəngarəng və ya zövqsüz geyim seçməklə uşaqların gələcək həyatlarına birbaşa təsir edirlər. Əlvan rənglər övladınızda müsbət, tünd və tutqun rəngli geyimlər isə depressiv əhval-ruhiyyə yarada bilər.

Geyim seçimində iştirak etmələrinə baxmayaraq, övladlarına bu prosesdə sərbəstlik verən valideynlər onlarda zövqlə geyinmək vərdişinin formalaşmasına kömək edirlər. Bu zaman diqqət yetirməli olduğunuz əsas məqam isə geyimin keyfiyyəti və orqanizm üçün zərərsiz olmasıdır.

Psixoloqların fikrincə, qarderobun rəngarəng olması uşağın intellektinə, yaradıcılıq qabiliyyətinə, hətta psixikasına təsir edir. Bəzən valideynlər uşaq üçün geniş qarderob yaratmağa can atmırlar. Buna səbəb kimi keyfiyyətli geyimin baha olmasını, övladlarının çox hərəkətli olduqları üçün geyimi tez çirkləndirmələrini göstərirlər.

Geyim uşağın şəxsiyyəti barədə də informasiya daşıyır. Uzun müddət uşağın eyni paltarı geyinməsi ailənin sosial durumundan əlavə, bəzi hallarda valideynlərin diqqətsizliyinin də göstəricisidir. Yox, əgər uşaq həddən artıq rəngli, xüsusən, böyüklər kimi geyinirsə, bu, onun daima valideynlərinin və ətrafdakıların diqqətinə ehtiyacı olmasından, ya da ərköyün tərbiyə almasından xəbər verir.

Həddən artıq dar geyim isə uşaqda aqressiyaya və müxtəlif komplekslərə gətirib çıxara bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.