Maraqlı

Metabolizmanı gəncləşdirin

15 Avqust 2021 15:45
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan yaşa dolduqca metabolizma sürəti getdikcə yavaşlayır. Çünki gənclərin  bədəni daha çox kalori yandırır. Bu da hüceyrələrdə gedən bölünmə və böyümə prosesləri ilə əlaqədardır.

Bəs yaşa dolduqca bu sürəti saxlamaq və kilo almamaq üçün nələrə diqqət etməliyik?

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, səhər yeməyi yeyən insanlar yeməyənlərə nisbətdə iki dəfə daha az kilo alır. Bu insanların şəkərə tutulma riski də böyükdür.

Oyandıqdan sonra 30 dəqiqə ərzində səhər yeməyinizi yeyin. Beləcə, siz metabolizmanı daha tez "işə salacaqsınız".

Gün ərzində 2 litr su için. Susuz qalmaq metabolizmanı zəiflədən ən önəmli faktorlardandır. Bundan əlavə, yaşa dolan dərinin suya daha çox ehtiyacı var.

Meditasiya edin. Stres bəzən insanda həddən artıq yemək istəyi yaradır. Bununla mübarizə aparmaq üçün bədəninizi və zehninizi dinləndirin.

Gündə ən az 30 dəqiqə gəzin. Bəzən iş çoxluğundan idmana vaxt ayırmaq mümkün olmur. O zaman vəziyyətdən ən yaxşı çıxış yolu gəzməkdir. Liftdən istifadəni dayandırın. Bu eyni zamanda dayaq-hərəkət sisteminiz üçün də olduqca faydalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.