Maraqlı

Xiaomi-dən yeni Mi Pad 5 planşet seriyası - QİYMƏTİ

14 Avqust 2021 19:50
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzunmüddətli fasilədən sonra Xiaomi şirkəti Mi Pad planşet seriyasının yeni modellərini təqdim edib. Təqdim edilmiş yeni Mi Pad 5 seriyasına 3 planşet modeli daxil olub: Mi Pad 5, Mi Pad 5 Pro və Mi Pad 5 Pro 5G. Mi Pad 5 və Mi Pad 5 Pro modelləri öz aralarında yalnız prosessor, batareya həcmi və arxa kamera sayı ilə fərqlənirlər. Digər bütün özəlliklər hər iki planşetdə eynidir. Planşetin 5G versiyası isə sadəcə olaraq 5G şəbəkə dəstəyi və kamera göstəriciləri ilə fərqlənir. Beləliklə planşetlər 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunublar. Planşetlərin ekranları HDR10 və Dolby Vision texnologiyalarını dəstəkləyirlər.

Mi Pad 5 Pro modeli həmçinin 8 ədəd səsgücləndiricidən ibarət olan akustika sisteminə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Adi Mi Pad 5 modeli Snapdragon 860 prosessoru, Mi Pad 5 Pro isə Snapdragon 870 prosessoru ilə təchiz olunub. Planşetlər 6 GB RAM-a və 128/256 GB daxili yaddaşa sahibdirlər. Bununla yanaşı Mi Pad 5 modeli 33 vatt gücündə sürətli şarj texnologiyalı 8720 mAh, Mi Pad 5 Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyalı 8600 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Kameralara gəldikdə isə adi Mi Pad 5 modeli 13 MP-lik arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro modeli 13 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera, Mi Pad 5 Pro 5G modeli 50 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Planşetlərin imkanlarını stilus və klaviatura ilə genişləndirmək mümkündür. Planşetlər MIUI for Pad interfeysi vasitəsilə çalışacaqlar. Onların müxtəlif regionlar üzrə satış qiymətləri və satış tarixləri barəsində məlumat şirkət tərəfindən daha sonra veriləcək. Lakin planşetlərin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.