Maraqlı

Dünya ulduzu villasını 8 milyon dollara satır - FOTOlar

11 Avqust 2021 11:48
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

80-ci illərin məşhur aktrisası Bruk Şilds Sakit okeanı sahilindəki villasını satışa çıxarıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda New-Yorkda yaşayan Şilds Kaliforniyadakı mənzilinə alıcı axtarır. 

Məlumata əsasən, sözügedən evin satış dəyəri 8 milyon 195 min dollar təyin edilib. 

56 yaşlı məşhur aktrisa bu evi 10 il əvvəl tennisçi Andre Aqassi ilə evli olarkən 3,3 milyon dollara almışdı. Üç mərtəbədən ibarət olan bu evdə 5 yataq otağı və 6 hamam otağı var. 

Qeyd edək ki, bir neçə il ərzində kirayəyə verilən bu evdə evli cütlük Benk Afflek və Cennifer Qarner də yaşayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.