Maraqlı

"Facebook"un "Kustomer"i satın almaq təklifi əngəllə qarşılaşdı

8 Avqust 2021 19:45
0 Şərh     Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Birliyi (AB),  "Facebook"un müştəri əlaqələrinin idarə edilməsi üzrə ixtisaslaşmış "Kustomer" şirkətini təxminən 1 milyard dollara satın almaq təklifinə dair rəqabət istintaqı başladıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, AB Komissiyasının məlumatında, təklif edilən satınalma əməliyyatının müştəri əlaqələrinin idarə edilməsi bazarında rəqabəti azaldacağı və Facebookun reklam bazarındakı mövqesini daha da gücləndirəcəyi narahatlığına səbəb olduğu qeyd edilib.

Facebook, daha əvvəl Kustomeri təxminən 1 milyard dollara satın alacağını açıqlamışdı.

Avropada birləşmə və satın almalara  AB Komissiyası nəzarət edir.

AB Komissiyası, iapardığı araşdırma və istintaqlar ilə rəqabətə zidd bir vəziyyət olub olmadığını qiymətləndirir. Rəqabətə zidd vəziyyətlərin aşkar edilməsi halında AB Komissiyası, birləşmə və ya satın almalara razılıq vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.