Maraqlı

Bu adamlar yemişdən uzaq durmalıdır

3 Avqust 2021 22:15
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloq Olqa Korableva yemişin fəsadlarından danışıb.

Medicina.az xəbər verir ki, mütəxəssis qovunun az kalorili olmasına baxmayaraq, həzmi çətin bir məhsul olduğunu bildirib.

"100 qram məhsul təxminən 35 kilokaloridir. Qovun acqarına və ya meyvələr də daxil olmaqla digər qidalarla yeyilməməlidir, çünki bu qaz və ya ishala səbəb ola bilər. Ən yaxşısı yeməkdən sonra bir saat gözləyin və sonra yeyin", - o, qeyd edib.

Dietoloqun sözlərinə görə, qastrit, kəskin pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), qastritin kəskinləşməsi olanların bu bostan bitkisindən uzaq durmasında fayda var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.