Maraqlı

Qədim buzlaqda elmə məlum olmayan viruslar tapıldı

27 İyul 2021 23:01
0 Şərh     Baxış: 2 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim buzlaqda elmə məlum olmayan viruslar tapıldı

ABŞ-ın Oqayo Universitetinin alimləri Tibet buzlaqlarında 10 min il yaşı olan və canlı olaraq qalmış qədim viruslar aşkarlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Quliya buz papağının dərinliyindən götürülmüş materialda 33 virusun genetik materialı yaşayır. Bu buz layları 15 min il ərzində formalaşıb.
Bu viruslardan 28-i elmə məlum deyildi və ilk dəfə idi görülürdü.

Virusların yarısı donma sayəsində hələ də canlı qalıb. Onlar soyuq şərtlərə uyğunlaşıb və hüceyrələri ən soyuq havada belə yoluxdurmaq qabiliyyətinə malikdir.

Bu viruslar bəzi bitki və heyvanlar üçün təhlükəlidir.

Qeyd edək ki, rus alimləri Sibir ərazisində qədim insanlara yoluxan viruslar barədə də izlər tapmışdılar.

Alimlər bildirir ki, qədim əcdadlarımız da herpes və adenoviruslara yoluxurdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.