Maraqlı

"Delta” ştammı yayılan ölkələrin SAYI

15 İyul 2021 21:01
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yüksək yolxuculuğu ilə seçilən "Delta" ştammının yayıldığı ölkələrin və ərazilərin sayını açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 6 iyuldan 13 iyula qədər sözügedən ştamm daha 7 ölkəyə yayılıb.
Beləliklə də "Delta" ştammı yayılan ölkələrin sayı 111-ə çatıb.

ÜST-ün həftəlik epidemioloji bülletenində bildirilir: "SARS-CoV-2 virusu dövr etməyə və inkişafa davam edir".

Vurğulanır ki, "Alfa", "Beta", "Gamma" və "Delta" kimi "narahatlıq yaradan variantlar" (VOC) kateqoriyasına daxil olan dörd növ "yüksək yoluxucudur".

Qeyd edək ki, Azərbaycanda son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də "Delta", 9-da isə "Britaniya" variantı aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.