Amerikanın Luiziana ştatında uzunmüddət tıxacda qalmaqdan bezən şəxs qəfil özünü sürətlə axan çaya atıb.
Milli.Az Lad Bible-ə istinadən xəbər verir ki, timsahlarla dolu çaya düşən gəncin atıldığı an kameralara düşüb. 26 yaşlı Cimmi Ayvan 30 metrdən tullanarkən xəsarət almayıb. Güclə sahilə çıxan gənc barəsində xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb. Bəlli olub ki, gənc çayda timsahların olmasını bilməyib.
Kamran Seyidov
Milli.Az