Maraqlı

Bu ölkədə peyvənd olunanlara - iPhone 12 veriləcək

15 İyul 2021 22:20
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın Baş naziri Andrey Babis vaksinasiya olunanlara "iPhone 12" mobil telefonunun veriləcəyini deyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, mobil telefonla bərabər idman ayaqqabıları və oyun yükləmə platforması olan "Steam"də istifadə edilə biləcək endirim kuponu veriləcək.

Bununla bağlı baş nazir sosial media hesabında paylaşım edib. Belə ki, hədiyyələr paytaxt Praqada açılacaq xəstəxanalarda peyvənd olunanlara veriləcək. Lakin bu, həftədə bir dəfə olan çəkiliş vasitəsilə həyata keçiriləcək.

Məlumatlara görə, bunun edilməsində məqsəd daha çox 16-29 yaş arası insanları vaksinasiya olunmağa ruhlandırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.