Maraqlı

Diş protezlərinin allergik təsirləri

10 Avqust 2021 07:31
0 Şərh     Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Protez materiallarına qarşı allergiya - ortopedik stomatologiyada tez-tez rast gəlinən, metal, akril və başqa materiallardan düzəldilmiş diş protezlərinə qarşı inkişaf edən allergik təbiətli iltihabi reaksiyadır. Bu və ya başqa protez materialına qarşı hiperhəssaslıq ləng tipli allergik reaksiyanın inkişaf ilə xarakterizə olunur; bu zaman xəstəliyin simptomları tez-tez ağız boşluğunun, nadir hallarda yuxarı tənəffüs yollarının və dəri örtüklərinin zədələnmələri ilə əlaqəlidir.
Statistikaya əsasən diş protezlərinin materiallarına qarşı dözümsüzlük stomatoloq-ortopedə müraciət edən pasientlərin 6-10%-ində qeyd olunur. Bu zaman protez materialına qarşı allergiya əlamətləri həm protez qoyulduqdan sonra ilk gün ərzində, həm də protezləmədən bir neçə il sonra təzahür edə bilər.
Protez materiallarına qarşı allergik reaksiya tez-tez protezlərin metallik sonluqlarına, həmçinin ortoped-stomatoloq tərəfindən tətbiq olunan akrilat, sement, məcun, boyayıcılar, plastifikatorlar və başqa materiallara qarşı yaranır.Protez materiallarına qarşı allergiyanın profilaktikası allerqoloji anamnezin toplanması, risk qrupuna daxil olan insanlara istifadəsi nəzərdə tutulmuş material komponentləri ilə profilaktik dəri sınaqlarının aparılması vasitəsilə diş protezləməyə hərtərəfli hazırlıqdan ibarətdir. Belə sınaqlar yalnız ixtisaslaşmış müəssisələrdə sertifikasiyadan keçmiş həkim-allerqoloqlar tərəfindən aparılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.