Maraqlı

Venera planetinə helikopter göndərmək təklif edilib

13 İyul 2021 22:20
0 Şərh     Baxış: 614
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Moskva Aviasiya İnstitutunun alimləri Venera planetinin səthini və vulkanlarını öyrənmək üçün planetə pilotsuz helikopter göndərməyi təklif edib. "Aviasiya texnologiyasının inkişafı nəticəsində pilotsuz uçuş aparatları geniş yayılıb. Hal-hazırda bunların istifadəsi Veneranın kalder vulkanlarının səthində və daxilində tədqiqat tapşırıqları üçün planetlərarası stansiyaların enmə vasitəsinin bir hissəsi kimi tətbiq edilməsi nəzərdən keçirilir", - deyə elmi iş haqqında yayımlanan tezislərin birində qeyd edilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, helikopterin forması kürə şəklində olacaq. Tədqiqatçılar Veneranın araşdırılmasında əsas problemin yüksək temperatur (467 ° C) olduğunu qeyd edir. Bu baxımdan, helikopterdə 700 mm diametrli xarici titan təbəqəsi 2,5 mm divar qalınlığına sahib olacaq və ekran-vakuum izolyasiyası ilə örtüləcək. Bundan əlavə ən aşağı istilik keçiriciliyinə malik olan aero-gelinin istifadəsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.