Maraqlı

Yeni Apple-də nə olacaq?

11 İyul 2021 22:45
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir. Apple barmaq izi skanı texnologiyasının Face ID ilə müqayisədə daha aşağı effektivliyə sahib olduğunu dəfələrlə qeyd etsə də, Touch ID texnologiyası yaxın gələcəkdə iPhone modellərinə geri dönüş edə bilər. Apple 2 il bundan öncə bu məsələ ilə bağlı patent əldə etmişdi. İndi isə həmin patentə aid olan yenilənmiş foto təqdim olunub. Təqdim olunmuş fotoda eyni cihaz əks olunub və həmin cihazda barmaq izi skanı texnologiyası kənar hissəyə inteqrasiya edilib. Daha əvvəl sözügedən fotoda planşetə bənzər cihaz əks olunmuşdu. Yenilənmiş fotoda isə cihaz smatfona bənzəyir.

Fotonun sol hissəsində cihaz ekranı sönmüş vəziyyətdə, orta hissəsində aktiv vəziyyətdə, sağ hissəsində isə blokdan çıxmış vəziyyətdə əks olunub. Smartfonun blokdan çıxarılması üçün kənar hissəyə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasından istifadə edilir və həmin hissə 501 ədədi ilə işarə edilib. Hələ bir neçə müddət bundan öncə analitiklər və insayderlər bildirmişdilər ki, Apple şirkəti barmaq izi skanı texnologiyasını iPhone-nun yandırıb/söndürmə düyməsinə inteqrasiya etməyi planlaşdırır. Əslində bu, məntiqli səslənir. Belə ki, bu cür texnologiya artıq 4-cü nəsil iPad Air modelində istifadə olunur. Bəzi məlumatlara əsasən şirkət həmçinin ekrana inteqrasiya olunacaq barmaq izi skanı texnologiyasını da test edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.