Maraqlı

Smartfonu 100% enerji ilə doldurmaq təhlükəlidirmi?

8 İyul 2021 21:50
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samartfonları yüz faiz enerji ilə doldurmaq batareyanın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Bu barədə Rusiyanın Milli Texnologiya Təşəbbüsü Mərkəzinin layihə rəhbəri Boris Bokarev danışıb. "Smartfonu yüz faizə qədər enerji ilə doldurmaq və tamamilə boşaltmaq batareyanın ömrünü qısaldır", - deyə mütəxəssis xəbərdar edib.

Mütəxəssisin sözlərinə əsasən, cihaz istehsalçılarının cihazları maksimum dərəcədə yükləmələri barədə tövsiyələri marketinq fəndindən başqa bir şey deyil. Bokarev smartfon batareyalarının ömrünün enerji doldurma dövrlərindən asılı olduğunu izah edib. "Smartfonlar orta hesabla 300-500 enerji doldurma dövrü üçün nəzərdə tutulub, bundan sonra batareyanın iş qabiliyyəti yavaş-yavaş zəifləyir", - deyə mütəxəssis bildirib. Eyni zamanda Bokarev smartfonun bütün gecə normal olaraq cərəyan mənbəyinə qoşulmuş qalmasının problem olmadığını söyləyib. Mütəxəssisin fikrincə, telefonun komponentləri üçün bunun üçün heç bir təhlükə yoxdur - cihaz tam dolduqda, mövcud təchizat avtomatik olaraq kəsiləcək. Müəllif, həmçinin gecə enerji doldurma metodunun, istifadəçinin mənzilində iki və ya üç fazalı elektrik sayğacının olması halında ən faydalı olduğunu da qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.