Maraqlı

Türkiyə Ukrayna üçün müasir hərbi gəmi inşa edəcək

8 İyul 2021 21:15
0 Şərh     Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Türkiyədə inşasına başlanan yeni hərb gəmisi 2023-cü ilə qədər hazır olacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Odessada ölkənin Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri qarşısında çıxış edən ölkə prezidenti Volodimir Zelenski bildirib.

"Bizim türk dostlarımız Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyinin inkişafını fəal dəstəkləyirlər. Artıq Türkiyədə bizim müasir hərb gəmimizin əsası qoyulub və gəmi 2023-ün sonuna kimi Ukraynada inşa ediləcək", - o deyib.

Prezident əlavə edib ki, tezliklə respublikaya Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları da gətiriləcək və Hərbi Dəniz Qüvvələri aviasiyasının heyətinə daxil ediləcək. "Ukrayna ekipajları artıq Türkiyədə pilotsuz uçuş aparatları üçün təlimi qurtarırlar", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Ukrayna hələ 2020-ci ilin yayında "Bayraktar" pilotsuz uçuş aparatlarının idxalı haqqında danışıqlara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.