Maraqlı

ZTE şirkəti 5G dəstəkli YouCare adlı smart köynəyi təqdim edib

6 İyul 2021 22:20
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Barselonada keçirilən MWC 2021 sərgisi çərçivəsində ZTE şirkəti YouCare adlı smart köynəyi təqdim edib. Sözügedən köynək 5G şəbəkəsinə qoşulma özəlliyini dəstəkləyir və istifadəçinin orqanizmində olan vacib orqanların monitorinqini apara bilir. ZTE YouCare adi köynək dizaynında reallaşdırılıb. O, çoxlu sayda yuyulmaya davamlı tekstil materialdan hazırlanıb. ZTE təmsilçilərinin sözlərinə əsasən bu köynək İtaliyada hazırlanıb və onun əsas məqsədi səhhətin monitorinqini daha da sadələşdirməkdir.

Köynəyin parçasına polimer materialdan hazırlanmış gözəgörünməz sensorlar inteqrasiya edilib. Həmin sensorlar insan səhhətinin vacib parametrlərini analiz etməyi bacarırlar. Buna misal olaraq nəfəs alma tezliyini, elektrokardioqrammanı, tərin hansı miqdarda ifraz olunmasını, əzələ aktivliyini və s. gətirmək olar. Sensorlar tərəfindən əldə olunmuş məlumatlar köynəyin kənar hissəsindəki kiçik idarəetmə mərkəzinə göndərilir.

Həmin idarəetmə mərkəzində isə məlumatlar rəqəmsal formata çevrilir və daha sonra smartfona və ya smart saata ötürülür. Bundan əlavə olaraq məlumatlar uzaqda yerləşən cihaza da göndərilə bilər. Bu üsul ilə həkimlər nəzarətdə olan xəstənin səhhət göstəricilərini analiz edə bilərlər. Məlumatda qeyd edilib ki, bəzi təşkilatlar artıq sözügedən layihəyə maraq göstərirlər. Onların arasında həmçinin Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.