Maraqlı

“Windows 11” sistemi smartfona quraşdırılıb

6 İyul 2021 22:30
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Proqram tərtibatçısı Qustav Monse "Windows 11" əməliyyat sistemini smartfona quraşdırmağa nail olub. Bu barədə onun "Twitter" hesabında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, proqram tərtibatçısı yeni nəsil əməliyyat sistemini "Microsoft" korporasiyasının istehsalı olan köhnəlmiş "Lumia 950 XL" smartfonuna quraşdırıb. Mütəxəssisin sözlərinə görə, əməliyyat sistemi uzaq masaüstü protokolundan (RDP) istifadə etmədən işləyir, lakin "ARMv8.0" arxitekturası belə qurğudan istifadəni məhdudlaşdırır.

Qurğunun fotoşəkillərinə görə, əməliyyat sisteminin dizaynı qurğunun qabaritlərinə və ekranına uyğunlaşdırılıb. Q.Monse, həmçinin iki SİM karta malik telefonun quraşdırmalarının ekran görüntülərini (screenshot) nümayiş etdirib. Beləliklə, quraşdırılmış "Windows 11" qurğunun əsas funksiyalarından (məsələn, zəng etmək) istifadəyə imkan verir.

Əvvəllər "Microsoft" korporasiyasına məxsus əməliyyat sistemi smartfonlara da quraşdırılırdı. "Windows 10 Mobile" əməliyyat sisteminin sonuncu versiyasının dəstəklənməsi 10 dekabr 2019-cu ildə başa çatıb. "Lumia 950 XL" smartfonu 2015-ci ilin noyabrında təqdim edilib.

"Windows 11" sistemi iyunun 24-də nümayiş olunub. Yeni nəsil əməliyyat sistemi uyğunluq təşkil edən fərdi kompüterlər - stasionar kompüter, noutbuk və hibrid qurğular üçün buraxılıb. "Microsoft" korporasiyası "Windows 10" istifadəçilərini oktyabrdan etibarən sistem yeniləməsi ilə təmin etməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.