Maraqlı

Bu ölkədə milli valyuta dəyərdən düşdü: iğtişaşlar...

28 İyun 2021 11:54
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətdə növbəti dəfə enməsindən sonra ölkədə narazılıqlar yenidən alovlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, artıq ardıcıl ikinci gündür paytaxt Beyrut, Tripoli və Sayda şəhərəri də daxil olmaqla, ölkənin bütün bölgələrində nümayişçilər yolları bağlayırlar.

Qeyd edək ki, cümə günündən bəri Livan funtu 15000-dən 18100 dollaradək düşüb, mərkəzi bank isə məzənnəsini böhran öncəsi 1.515 lirə səviyyəsində saxlamağa davam edir.

Yerli mediasının verdiyi məlumata görə, şənbə günü Tripolidə nümayişçilər şəhərin mərkəzində və millət vəkillərinin evlərinin yaxınlığında toplaşıblar.

Parlament üzvlərindən birinin mühafizəçiləri etirazçılara atəş açıb, nəticədə üç vətəndaş yaralanıb. Vəziyyət yalnız əlavə ordu hissələri gəldikdən sonra sabitləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.