Maraqlı

“Samsung” və “Vivo” şirkətləri “5G” smartfonlarının satışının artım tempinə görə liderdir

24 İyun 2021 22:20
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Strategy Analytics" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən dünya smartfonlar bazarı üzrə statistikanı dərc edib: bu qurğuların tədarükü artmaqda davam edir, cari ilin birinci rübünün yekunları üzrə nəticə isə rekord olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yanvar-martda dünyada 136 milyon "5G" qurğusu tədarük edilib. Bu, 2020-ci ilin sonuncu rübü ilə müqayisədə 6 faiz çoxdur. Bu tipli smartfonlara tələbat xüsusilə Çin, ABŞ və Qərbi Avropada yüksəkdir.

"5G" qurğularının satışı üzrə lider "Apple" şirkəti olsa da, onun qurğularının tədarükü rüblük hesablamada təxminən 23 faiz azalıb.

Reytinqin ikinci pilləsində "Oppo" şirkəti qərarlaşıb: bu Çin istehsalçısı "5G" qurğularının tədarükünü 55 faiz artırmağa nail olub. Çinin "Vivo" şirkəti "5G" dəstəkli smartfonların satışını 62 faiz artıraraq siyahıda üçüncü yeri tutub.

Bundan başqa, "5G" qurğularının tədarükündə daha yüksək (79 faiz) artım tempini Cənubi Koreya nəhəngi "Samsung" nümayiş etdirib. Bununla belə, şirkət aparıcı istehsalçılar reytinqində dördüncü pillədə yer alıb.

Beşliyi daha bir Çin istehsalçısı - "Xiaomi" tamamlayıb. Şirkətin "5G" qurğularının tədarükü rüblük hesablamada 41 faiz artıb.

Analitiklərin proqnozuna görə, bu il dünyada 624 milyon "5G" dəstəkli smartfon satılacaq. 2020-ci ildə bu göstərici 269 milyona bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.