Maraqlı

Birinci rübdə hansı planşet daha populyar olub?

24 İyun 2021 21:20
Baxış: 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Counterpoint Research" analitik şirkəti yeni tədqiqat apararaq "iPad" planşetlərinin bazarda dominantlığını davam etdirməsini açıqlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkətinin birinci rübdə dünya planşetlər bazarında payı ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz artaraq 37 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə "iPad" planşetlərinin tədarük həcmi 30 faizə bərabər olub.

2020-ci ildə "Apple" və "Samsung" şirkətləri planşetlər bazarında rəqabətin azalmasından faydalanıblar. Hər iki şirkət yeni modelləri sürətlə buraxdığı və inkişaf etdirdiyi halda digər qurğu istehsalçıları tədarük həcmini azaldıb və ya biznesin fəaliyyətini dayandırıb.

"iPad" modelinin əsas versiyasının "Apple" planşetlərinin satışının əksər hissəsini təşkil etməsinə baxmayaraq "Counterpoint Research" şirkətinin baş analitiki Liz Li qeyd edib ki, şirkətin bütün qurğuları yaxşı nəticələr nümayiş etdirib. Cari ilin birinci rübündə 8-ci nəsil "iPad" modelinin satış həcmi bütün "Apple" planşetlərinin 56 faizini, "iPad Air 4" və "iPad Pro" modelləri isə müvafiq olaraq 19 və 18 faizini təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.